RU

“Müəllim şagirdə şeiri əzbərlətməklə onu əmək bazarına hazırlamır” – Nazir

“Biz demirik ki, “Dərsə gedən bir uşaq” şeiri olmasın, biz deyirik ki, oxuyub-anlamanı inkişaf etdirmək lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, müəllimlər ənənəvi tədris sistemini dəyişməlidir:

“10 şeir əzbərləmək təbii ki, vacibdir, bunu bilməliyik. Amma müəllim şagirdə şeiri əzbərlətməklə onu əmək bazarına hazırlamır. Oxuyub-anlama mütləq inkişaf etməlidir. Fokusumuzu dəyişməliyik. Sinif otağında müəllim ənənəni davam etdirir. Onu da qınamırıq, çünki həmin müəllimə də o cür öyrədilib. Bu, ən asanıdır”.

Günay Şahmar, Pərviz Allahverdiyev, Elcan Bəşirli, Bizim.Media

Избранный
54
2
bizim.media

4Источники