RU

Finlandiya Prezidenti Ukraynaya səfər edib

Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak özünün “Teleqram” kanalında məlumat yayıb. 

Onun sözlərinə görə, Stub Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Yermak bildirib ki, liderlər təhlükəsizlik layihələrini, Avropaya inteqrasiya və infrastruktura investisiyaları müzakirə edəcək.

"Biz həmçinin Rusiya Federasiyasına artan təzyiq, sanksiyalar və davamlı sülhün vacibliyi barədə danışacağıq. Finlandiyanın və şəxsən Aleksandr Stubbın ardıcıl və qəti dəstəyinə görə minnətdarıq. Ukrayna tərəfdaşları ilə birlikdə davamlı sülhün yaxınlaşması və Avropada təhlükəsizliyin təmin edilməsi üçün hər şeyi edir", - deyə siyasətçi əlavə edib.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
45
missiya.az

1Источники