Rusiya Kubokunda oyunun ən yaxşısı seçilən futbolçuya qarpız hədiyyə edilib.

Offsideplus.az xəbər verir ki, hadisə Rusiya kubokunda "Astraxan"- “Legion” matçında baş verib.

Oyunda dubl edən “Astraxan”ın futbolçusu Gi Fotsoya qarpız hədiyyə olunub. 

Qeyd edək ki, qarşılaşma birincilərin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.