Polşa Belarusla sərhədi tamamilə bağlayacaq.
Bizim Media xəbər verir ki,bunu Polaşın XİN-i yayıb.
Qurum qeyd edib ki, bu qərar 12–16 sentyabr tarixlərində keçiriləcək Rusiya və Belarusun birgə “Qərb-2025” təlimləri ilə bağlıdır.
“Qərar təhlükəsizlik məqsədilə qəbul edilib, çünki Belarus ilə sərhəd həm də Şengen zonası sərhədidir”, – XİN-in bəyanatında deyilir.
Məlumata görə, Polşa sentyabrın 11-dən 12 sentyabra keçən gecə Belarusla sərhədi tamamilə bağlayacaq.
Bundan əlavə, Polşa hakimiyyəti Belarus və Ukrayna sərhədləri yaxınlığında hava uçuşlarına məhdudiyyətlər tətbiq edib. Bu qadağa 9 dekabradək qüvvədə olacaq.
Bizim Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта