ain.az, Azertag portalına istinadən məlumat yayır.
Xəbərin mətni
İqlim dəyişikliyi və orta temperaturun artması dünyada olan su resurslarının yığılmasına və istifadəsinə çox böyük təsir göstərir. Bu gün həmin təsirlər buzlaqların əriməsinə, qar ehtiyatlarının azalmasına gətirib çıxarır. Hazırda bütün dünyada həmin proses gedir. Əfsuslar olsun ki, Azərbaycanda da buzlaqların əriməsini və qar ehtiyatlarının azalmasını müşahidə edirik. Bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - “Baku Water Week” çərçivəsində keçirilən "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" mövzusunda plenar sessiyada deyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.