RU

Paşinyanın baş nazir postuna namizədliyi irəli sürüləcək

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 20-də Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının növbəti qurultayı keçiriləcək.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı açıqlama yayıb. 

Qurultay zamanı partiyanın İdarə Heyətinin üzvlüyünə və sədrliyinə seçkilər keçiriləcək. Gündəliyə uyğun olaraq İdarə Heyətinin hesabatı təqdim olunacaq və təsdiqlənəcək. Həmçinin, “Vətəndaş müqaviləsi” partiyasının nizamnaməsi yeni redaksiyada təsdiqlənəcək, partiyanın yeni proqramı və bəyannaməsi qəbul ediləcək.

Qeyd edək ki, “Vətəndaş müqaviləsi” partiyasının qurultayı daha çox 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlıq məqsədi daşıyır.

Partiyanın ali orqanının Nikol Paşinyanı yenidən sədr seçəcəyi şübhə doğurmur. Yəqin ki, qurultayda Nikol Paşinyanın baş nazirliyə namizədliyi irıli sürüləcək.

Bu barədə hələ iyul ayında Ermənistan parlamentindəki “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Narek Babayan açıqlama vermişdi.

Qurultayın keçirlməsi bir məsələyə də aydınlıq gətirir. Nikol Paşinyan seçkilərə başqa ad altında siyasi blokla deyil, 2021-ci ildə olduğu kimi “Vətəndaş müqaviləsi” partiyası ilə gedəcək. Bu da hakim partiyanın ölkədə yüksək siyasi reytinqini qoruyub saxlaması və inzibati resurslara nəzarət imkanlarına malik olması ilə izah oluna bilər.

“MPG Gallup” Beynəlxalq Assosiasiyasının avqust ayında keçirdiyi sorğunun nəticələrinə görə əgər üzümüzə gələn bazar günü Ermənistanda parlament seçkiləri keçirilsəydi, ən böyük dəstəyi Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası qazanardı.

Lakin əhali arasında hökumətin fəaliyyətindən narazılıq da az deyil. Bu səbəbdən, Paşinyan seçkilərdə qalib gələrsə, yeni hökumətdə ciddi dəyişikliklər edəcəyi gözlənilir. Çox güman ki, yeni kadrlar qurultayda İdarə Heyəti üzvlüyünə və partiyanın digər təşkilati orqanlarının rəhbərliyinə seçiləcək. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
1
cebheinfo.az

2Источники