2021-ci ildə ərizəsi təsdiq edilmiş və müsabiqədə iştirakı nəzərdə tutulmuş 59 min 171 nəfərdən 46 min 930 nəfər, 2022-ci ildə 54 min 804 nəfərdən 44 min 363 nəfər, 2023-cü ildə 58 000 nəfərdən 47 min 571 nəfər, 2024-cü ildə isə 61 min 669 nəfərdən 50 min 264 nəfər test imtahanı mərhələsində iştirak edib. Yalnız ötən il 18,5 faiz namizəd imtahana gəlməyib. Bu isə imtahan xərclərinin ödənilməsi üçün izafi xərclərə səbəb olub. Bu xüsusda da, müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə müsabiqədə iştirakın ödənişli olması təklif edilir. Ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmur, - şöbə müdiri bildirib./APA
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта