RU

Britaniyalı nazir: Çinin iqtisadi gücü onunla əlaqələr qurmağa təşviq edir

"Çin inkişaf etməkdə olan iqtisadi vəziyyətinə görə, sadəcə diqqətə layiq deyil, həm də onunla qarşılıqlı əlaqə qurmaq məsləhətdir".

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət naziri Peter Kayl Çinlə ticarət münasibətlərini şərh edərkən deyib.

“Çinin iqtisadi gücu onunla əlaqələr qurmağa təşviq edir”, - britaniyalı nazir qeyd edib.

Qeyd edək ki, Britaniyanın yeni təyin olunmuş ticarət naziri Peter Kayl Çinlə iqtisadi münasibətlərdə ümumilikdə 1.35 milyard dollarlıq maneələri növbəti 5 il ərzində aradan qaldırmağı planlaşdırır.

Analitiklərin fikrincə, Çinin Avropada ən böyük səfirliyi Londonda tikmək planı bu səyləri təhlükəyə ata bilər.

Çünki Çinin bu səfirlikdə casusluq məqsədləri üçün istifadə etməsi ehtimalı böyükdür.

Избранный
59
1
apa.az

2Источники