RU

4 minə yaxın müəllimin əmək fəaliyyətinə xitam verilib

Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanması ilə bağlı keçirilən brifinqdə sertifikatlaşdırma prosesinin nəticələri barədə danışıb.

Musavat.com-un xəbərinə görə, nazir bildirib ki, bu proses məktəblərdə müəllimlərin keyfiyyətinə birbaşa təsir göstərib:

“İbtidai təhsildə 4 minə yaxın müəllimin əmək fəaliyyətinə xitam verilib. Eyni zamanda bəzi müəllimlərin maaşında 90 faizdən çox, bəzi fənlər üzrə isə 35 faizlik artımlar qeydə alınıb”.

Emin Əmrullayev əlavə edib ki, sertifikatlaşdırmanın növbəti mərhələsində oxuyub-anlama üzrə suallar tətbiq olunacaq:

“Biz ilk mərhələdə ictimaiyyətə suallar təqdim etmişdik, hamınız görmüsünüz. Növbəti mərhələdə isə oxuyub-anlama bacarığına diqqət yetiriləcək. Tədrisin əhəmiyyəti yalnız qrammatik qaydaların öyrənilməsi deyil. Oxuyub-anlama sürətli oxu yox, mətnin mahiyyətini anlamaqdır. Bu gün əsas problemlərdən biri də budur. Dilə sevgi yalnız qrammatika deyil, məhz oxuyub-anlama bacarığı ilə formalaşır”.

Şahanə Rəhimli,
Musavat.com

Избранный
29
musavat.com

1Источники