RU

ABŞ donanması sualtı qayıqlarını yenidən nüvə başlıqlı qanadlı raketlərlə silahlandıracaq

ABŞ Hərbi Dəniz Qüvvələri nüvə döyüş başlıqlarına malik qabaqcıl dənizdən buraxılan qanadlı raketin (SLCM-N) inkişafını davam etdirmək üçün beş şirkət seçib. Leidos, Raytheon, Lockheed Martin və Northrop Grumman raketlərin inkişafı və inteqrasiyası üçün əsas podratçılar seçiliblər. Kratos şirkətinə daxil olan Florida Turbine Technologies isə gələcək raketlərin mühərriklərlə təmin edilməsinə cavabdehdir.

Herbiand.az bildirir ki, layihə Strategic & Spectrum Missions Advanced Resilient Trusted Systems (S²MARTS) proqramı çərçivəsində həyata keçirilir.

Bu layihə nüvə başlıqları ilə dənizdən atılan qanadlı raketlərin ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalına qaytarılmasına yönəlib.

Hərbi Dəniz Qüvvələrinin rəsmiləri vurğulayıblar ki, yeni SLCM-N raketi mövcud texnologiyalara əsaslanacaq və sübut edilmiş dizayn konsepsiyalarından istifadə edilməklə hazırlanacaq.

Bəxtiyar CƏFƏRLİ

Избранный
51
herbiand.az

1Источники