RU

Nazir: Müəllimlər şeirin arxasında gizlənməsin, əzbərçilik oxuyub-anlamaq bacarığı deyil

“Daha çox ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün oxuyub-anlama mövzusunda materiallar olacaq. Bizim ən böyük problemimiz oxuma və anlama bacarığı ilə bağlıdır”.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, oxuyub-anlama prosesini artırmaq lazımdır:

“Şeir əzbərləmək oxuyub-anlamaq bacarığının inkişafı demək deyil. Məsələn, biz demirik, Abbas Səhhət dərslikdə olmasın. Deyirik ki, müəllimlər şeirin arxasında gizlənməsin. Şeiri tədris edək, amma onunla bərabər oxuyub-anlamağı da uşaqlara öyrədək”.

Избранный
26
11
apa.az

10Источники