RU

Şuşa Qoruğu İdarəsi 22 min manata küçə süpürən maşın alır

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Hanza” MMC (VÖEN-2008706961) olub.

Yeniavaz.com xəbər verir ki, İdarə şirkətdən bir ədəd mini yol süpürən maşın alacaq və qarşılığında 21 min 599 manat 90 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, eni 3 metr olacaq maşın elektriklə işləyəcək.

Onu da qeyd edək ki, “Hanza” MMC 50 manat nizamnamə kapitalı ilə 2024-cü ilin 20 avqust tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Nəsirov Ayhan Əkbər oğludur. Şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi, ev 4, m. 73”də yerləşir.Elnur Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
61
1
yeniavaz.com

2Источники