Türkiyədə növbəti həbslər baş verib. Belə ki, İstanbulda Küçükçekmece Respublika Prokurorluğu “Can Holding” rəhbərləri Mehmet Şakir Can, Kamal Can və Kənan Tekdağ da daxil olmaqla 8 nəfər haqqında həbs qərarı çıxarıb.
Holdinqə daxil olan 121 şirkət, o cümlədən “Habertürk” və “Show TV”-yə əl qoyulub. İttihamlara “cinayət təşkilatı yaratmaq”, “qaçaqmalçılıq”, “dələduzluq” və “çirkli pulların yuyulması” daxildir.
Mətləb