RU

Dövlət sərhədimizi keçən 2 İran vətəndaşı saxlanılıb


Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisindən Azərbaycana keçən İran vətəndaşları saxlanılıb. Bu barədə mətbuata Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada qarşı tərəfə təhvil verilib.

Mətləb

Избранный
27
27
baki-xeber.com

10Источники