Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində cari ilin avqust ayı ərzində 12 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.