RU

Macarıstanda gündə 1000 barel neft hasil edə biləcək yataq aşkarlandı

Macarıstanda gündə təxminən 1000 barel neft hasil edə biləcək yeni yataq aşkarlanıb.

Doğru.az xəbər verir ki, MOL neft-qaz şirkətinin məlumatına görə, resurs ehtiyatları təxminən 2,4 km dərinlikdə yerləşir və Sazhalombatte şəhərindəki Dunay Neft Emalı Zavodunda emal olunacaq.

Geoloji kəşfiyyat işləri “O&GD” şirkəti ilə birgə həyata keçirilib. Qalgahəviz şəhəri yaxınlığındakı quyu MOL Group-un ümumi hasilatının təxminən 0,5%-ni təmin edəcək.

Qeyd edək ki, Macarıstanın xarici işlər naziri Peter Szijarto daha əvvəl 2025-ci ildə ölkənin Rusiyadan rekord həcmdə qaz alacağını açıqlamışdı.

DOĞRU.AZ

Избранный
78
1
dogru.az

2Источники