RU

Azərbaycanda direktor müavininin meyiti kanaldan tapıldı

Ajans.az xəbər verir ki, meyit sentyabrın 9-u saat 09 radələrində Qarabağ kanalının Alpout kəndinin ərazisindən keçən hissəsində aşkarlanıb. Ölən şəxsin həmin kəndin 1980-ci il təvəllüdlü sakini Sevinc Əli qızı Vəliyeva olduğu müəyyənləşib. Tərtər Rayon H.Hüseynov adına Mamırlı kənd orta məktəbində direktorun təşkilati işlər üzrə müavini olan S.Vəliyevanın hansı şəraitdə kanala düşərək öldüyü məlum deyil.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır./qafqazinfo

Избранный
33
19
Ajans.az

10Источники