Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.
DSX-nin Mətbuat Mərkəzindən XQ-yə verilən məlumata görə, sentyabrən 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına keçən İran vətəndaşları -2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılmışdır.
Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada müqabil tərəfə təhvil verilmişdir.
N.Adilqızı
XQ