RU

Robert Sekuta 11 sentyabrla bağlı SİRLƏRİ AÇDI Azərbaycan ABŞ a necə dəstək GÖSTƏRİB?

Bizim media saytına istinadən ain.az xəbər verir.

“Düşünürəm ki, ilk növbədə, xatırlamaq lazımdır ki, Azərbaycanın ozamankı Prezidenti Heydər Əliyev ABŞ-la ilk əlaqə saxlayan liderlərdən olub və başverənlərə bağlı təəssüfünü bildirib”.Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta 11 sentyabr hadisələrinin ildönümü və terror hücumundan sonra ABŞ - Azərbaycan əlaqələri ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.O bildirib ki, bu ABŞ tərəfindən yüksək qiymətləndirilib və hər zaman xatırlanmalıdır.

 

“Həmçinin, hesab edirəm ki, Azərbaycanın ABŞ-la terrorizmlə mübarizədə necə işlədiyini unutmaq olmaz. Bilirsiniz ki, Azərbaycan bölmələri Əfqanıstanda bizimlə, NATO ilə bir yerdə xidmət edib. Azərbaycan qoşunları hava limanını ABŞ ilə birlikdə ən son tərk edib”,- deyə Robert Sekuta əlavə edib.

O bildirib ki, terror illər əvvəl olduğu kimi hazırda əsas gündəmdə olmasa da, hələ də problem olaraq qalır: “ABŞ və Azərbaycan bu istiqamətdə birlikdə çalışmalıdır. Birləşmiş Ştatlar hələ də bu sahədə əməkdaşlıq etməli və terrorla mübarizə aparmalıdır. Bu, həm azərbaycanlılar, həm də amerikalılar üçün həqiqətən çox vacib olan bir məsələdir”.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
5
bizim.media

6Источники