RU

Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - "Formula 1"ə görə


"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar 15 sentyabrdan Bakı Şəhər Halqasının (BŞH) əhatə etdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə BŞH-dan məlumat verilib.
Bildirilib ki, 19–21 sentyabr aralığında baş tutacaq yarışla bağlı logistik əməliyyatların həyata keçirilməsi məqsədilə 12 sentyabr gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə 15 sentyabr gecə saat 01:00-dan 23 sentyabr səhər saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyətlər tətbiq olunan zonalarda giriş-çıxış yalnız "Yaşayış Yerinə Giriş İcazəsi" ilə mümkün olacaq.
Qeyd edək ki, son iki ilin təcrübəsinə əsaslanaraq, bu il də şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq.

Mətləb

Избранный
41
42
baki-xeber.com

10Источники