RU

Türkiyədə Habertürk və Show TV kanalları dövlət nəzarətinə götürülüb

Türkiyənin Habertürk və Show TV kanalları dövlət nəzarətinə götürülüb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

İstanbulun Küçükçekməcə Prokurorluğu Türkiyənin “Can” Holdinqində əməliyyat keçirib, 10 nəfərin saxlanılması barədə qərar verilib.

Habertürk və Show TV də daxil olmaqla Holdinqə aid 121 şirkət dövlət nəzarətinə götürülüb.

Saxlanılanlar “cinayətkar dəstə yaratmaq”da, “qaçaqmalçılıq”da, “dələduzluq”da və “çirkli pulların yuyulması”nda ittiham olunurlar

Избранный
41
8
anews.az

9Источники