RU

Keçmiş məcburi köçkün: Qırmızı bazar qəsəbəsinə çox sevinclə, həvəslə geri qayıdırıq  

Xocavənd rayonunun Qaradağlı kəndindən olsam da, bu gün Qırmızı bazar qəsəbəsinə çox sevinclə, həvəslə geri qayıdırıq. Bütün məcburi köçkünlərin də öz ata-baba yurdlarına geri qayıtmasını arzulayıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə geri qayıdan keçmiş məcburi köçkün Nazənim Hüseynova söyləyib.

Qırmızı bazar qəsəbəsinə qızı ilə köçdüyünü bildirən keçmiş məcburi köçkün Xocavənddən ayrılanda 40 yaşının olduğunu bildirib.

O, əlavə edib ki, 32 ildir Azərbaycanın müxtəlif bölgələrində yaşasa da, son məskunlaşdığı yer Bakı şəhəri olub.

N. Hüseynova çox həvəslə Xocavəndə getdiklərini vurğulayıb.

Избранный
54
4
azerbaijan-news.az

5Источники