RU

"Rusiya Polşanı hədəf seçməklə NATO-nu  parçalamağı hədəfləyir"

"Rusiya

Rusiya PUA-larla Polşanın hava məkanını pozaraq hücum xarakterli həmlələr etməsi, Qərbin Ukraynaya logistika zəncirini vurmaqdan ibarətdir. Qərbin Ukraynaya göndərdiyi silahları böyük partiyada Polşadan daxil olur. Ona görə də Polşanın hədəf seçilməsi, Qərbin nəbzini yoxlanmasıdır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

"Əgər, ABŞ başda olmaqla, NATO ölkələri bu hücuma görə Rusiyaya qarşı sərt addımlar atmasa, bəyanatlarla kifayətlənsə, Rusiya Polşa ərazisində Ukraynaya göndərilən silah mərkəzlərini və logistika yolunu növbəti hücumlarda vura bilər" - deyib politoloq.

O, qeyd edib ki, Rusiya Polşanı hədəf seçməklə, NATO-nu parçalamaq və Sərqi Avropanı nəzarət altına almağı hədəfləyir.

Cavid

Избранный
29
1
xalqcebhesi.az

2Источники