İsveç Polşanın hava məkanını bəzi dronların pozması ilə əlaqədar təcili olaraq bu ölkəyə təyyarə və hava hücumundan müdafiə sistemləri göndərəcək.
Bunu TVN24 telekanalının efirində Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
"Mən indicə İsveçin müdafiə nazirindən Polşaya təcili olaraq əlavə yardımın, o cümlədən hava hücumundan müdafiə sistemləri və təyyarələrin göndərilməsi barədə məlumat aldım", - polşalı nazir bildirib.
Kosinyak-Kamış Polşaya hansı təyyarə və hava hücumundan müdafiə sistemlərinin göndəriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.
"Cebheinfo.az"