RU

Bu Avropa ölkəsində neft yatağı kəşf edildi

BAKI, 11 sentyabr. TELEQRAF

Macarıstanda hasilat gücü gündəlik təxminən min barel olan neft yatağı kəşf edilib.

Teleqraf xəbər verir ki, bu barədə MOL neft-qaz şirkəti bəyan edib.

Qalqaheviz şəhəri yaxınlığındakı qazılmış quyu “MOL Group”un ümumi hasilatının təxminən 0,5%-ni təmin edəcək.

Yatağın ehtiyatları təxminən 2,4 kilometr dərinlikdə yerləşir.

“MOL Hungary”nin icraçı direktoru Corci Baksın sözlərinə görə, yataq Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verə bilər, çünki daxili hasilat idxaldan asılılığı azaldır.

Избранный
11
2
teleqraf.com

3Источники