RU

Keçmiş məcburi köçkün: "Bundan gözəl gün bizim üçün ola bilməz"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Öz elimizə, obamıza köçürük. Bundan gözəl gün bizim üçün ola bilməz".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Bakıdan Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsinə köç edən İlyas Yaşar oğlu Quliyev deyib.
O bildirib ki, öz ailəsi ilə doğma yurduna qayıdır:
"Allah bütün keçmiş məcburi köçkünlərə qismət eləsin. İllərlə xəyal etdik, illərlə arzu etdik, qismət bu günə imiş. Bu gün doğma yurdumuza qayıdırıq. Öz ailəmlə qayıdıram. Sevincimizi sözlə ifadə etmək çox çətindir.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Şuşakəndə 15 ailə - 59 nəfər, Qırmızıbazara 10 ailə - 39 nəfər, Sos kəndinə isə 10 ailə - 45 nəfər köçürülür.
Rövşən Əsədov
Избранный
60
50
oxu.az

10Источники