RU

Şahzadə Harri uzun fasilədən sonra ilk dəfə Kral Çarlzla görüşüb

ain.az bildirir, Azertag portalına istinadən.

London, 11 sentyabr, AZƏRTAC

Şahzadə Harri 19 aylıq fasilədən sonra ilk dəfə Londonda atası Kral III Çarlzla görüşüb.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, onlar Londondakı Klarens Hausda birlikdə çay süfrəsi arxasında təxminən bir saat vaxt keçiriblər.

Görüşdən sonra Şahzadə Harri dörd günlük Böyük Britaniya səfəri çərçivəsində Londonda keçirilən “İnviktus Oyunları” tədbirinə qatılıb. Harri tədbirdə jurnalistlərin sualına cavab verərək atasının vəziyyətinin yaxşı olduğunu deyib.

Qeyd edək ki, Şahzadə Harri ötən ilin may ayında BBC-yə müsahibəsində atasından uzaq qaldığını bildirmiş və ailəsi ilə barışmaq istədiyini demişdi.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
4
azertag.az

5Источники