RU

Medvedev: “Ukraynanı dəstəkləməklə ABŞ qətlləri dəstəkləyir”

Musavat.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev amerikalı konservativ fəal Çarli Kirkin qətli ilə bağlı sərt açıqlama verib.

Medvedev bildirib ki, ABŞ hakimiyyəti Ukraynanı dəstəkləməklə əslində siyasi cinayətləri və qətlləri dəstəkləmiş olur: “Son vaxtlar siyasi qətllər sol-liberal tullantılar tərəfindən törədilir. Onlar banderçi Kiyevi dəstəkləyirlər”. 

O, Slovakiyanın baş naziri Robert Ficoya qarşı sui-qəsdi və Kirkin öldürülməsini misal gətirərək əlavə edib: “Fico, Kirk... Növbəti kim olacaq? Ola bilsin, MAGA komandasının artıq dərk etməsinin vaxtıdır ki, Ukraynanı dəstəkləməklə onlar qatiləri dəstəkləyirlər”. 

 

Musavat.com

Избранный
42
33
musavat.com

10Источники