RU

Britaniya "Tayfun" qırıcılarını Polşaya göndərmək istəyir

Böyük Britaniya "Tayfun" qırıcılarını Polşaya göndərmək imkanını nəzərdən keçirir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.

Böyük Britaniyanın müdafiə naziri Con Hili hökumətin Polşanın hava hücumundan müdafiəsinə kömək etmək yolları axtardığını bildirib.

Qeyd edək ki, sentyabrın 10-da Polşa Rusiyanın Ukraynada müxtəlif hədəflərə yönəlik həyata keçirdiyi hücumlar zamanı hava sahəsini dəfələrlə pozan bir neçə PUA-nı məhv etdiyini açıqlayıb. Varşava bu hərəkəti hücum aktı kimi qiymətləndirərək qonşu ölkədə baş verən münaqişəyə ilk dəfə açıq müdaxilə edib.

Избранный
42
3
axar.az

4Источники