RU

ABŞ-də siyası fəal debat zamanı güllələndi – Video


Podkast aparıcısı və siyasi fəal Çarli Kirk Yuta Velli Universitetinin kampusunda debat zamanı güllələnib.
Yeniavaz.com
xəbər verir ki, debat açıq havada, universitetin həyətindəki çadırda keçirilib.
Sosial şəbəkələrdə yayımlanan videolarda Kirkin boynundan vurulduğu görünür. KİV-in məlumatına görə, Kirk ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
ABŞ Prezidenti Donald Tramp Kirk üçün dua etməyə çağırıb:
“Biz hamımız güllələnən Çarli Kirk üçün dua etməliyik. Hər cəhətdən əla oğlandır. Tanrı ona kömək etsin”.
Qeyd edək ki, Çarli Kirk siyasi fəal və sosial mediada milyonlarla abunəçisi olan podkast aparıcısı, Donald Trampın tərəfdarıdır. O, bloqlarda və sosial şəbəkələrdə populyarlıq qazanıb. O, daha çox təhsil müəssisələrində mühafizəkar dəyərləri təbliğ edən ABŞ-nin “Turning Point” tələbə birliyinin qurucusu kimi tanınır.
Избранный
27
33
yeniavaz.com

10Источники