RU

İsveç Polşaya təcili hava hücumundan müdafiə sistemləri göndərir

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsveç Polşanın hava məkanını bəzi dronların pozması ilə əlaqədar təcili olaraq Polşaya təyyarə və hava hücumundan müdafiə sistemləri göndərəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış TVN24 telekanalının efirində danışıb. 

“Mən indicə İsveçin müdafiə nazirindən Polşaya təcili olaraq əlavə yardımın, o cümlədən hava hücumundan müdafiə sistemləri və təyyarələrin göndərilməsi barədə məlumat aldım”, - nazir deyib.

Kosiniak-Kamış Polşaya hansı təyyarə və hava hücumundan müdafiə sistemlərinin göndəriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, sentyabrın 10-da səhər tezdən Polşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan və PUA kimi müəyyən edilən bir neçə obyektin məhv edildiyini açıqlayıb. Digər tərəfdən, Polşa Baş naziri Donald Tusk sentyabrın 9-dan 10-na keçən gecə ölkənin hava məkanının 19 dəfə pozulduğunu, bütün dronların Belarus ərazisindən göndərildiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
3
yeniavaz.com

5Источники