RU

Tramp Rusiya dronlarının Polşaya hücumuna reaksiya verdi: Getdik!  

ABŞ prezidenti Donald Tramp Rusiya dronlarının Polşaya hücumu ilə bağlı insidentə ilk dəfə münasibət bildirib. Musavat.com xəbər verir ki, Tramp bu barədə özünün Truth Social hesabında yazıb: "Rusiyanın dronlarla Polşanın hava məkanını pozması ilə nə baş verir? Getdik"!

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Trampın bu gün Polşa prezidenti Karol Navrotskiyə zəng etməsi gözlənilir.

Eyni zamanda ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker artıq bəyan edib ki, ABŞ Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozması ilə bağlı müttəfiqlərini qətiyyətlə dəstəkləyir, “NATO ərazisinin hər qarışını müdafiə edəcəyini” vəd edir.

Musavat.com

 

 

Избранный
16
musavat.com

1Источники