RU

Ceymi Vardi “Kremoneze” keçidini şərh edib

“Kremoneze”nin hücumçusu Ceymi Vardi İtaliya klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “Sky Sports”a istinadən yaydığı məlumata görə, 37 yaşlı futbolçu qərarını ailəsi ilə birlikdə verdiyini bildirib:

“Bu qərarı ailəmlə birlikdə verdik və bundan çox məmnunam. Bir çox amilləri nəzərə aldım, amma ən vacib faktor ailəmdir. Məşqçiyə lazım olduqda komandama kömək etməyə çalışacağam”

O, həmçinin digər klublardan gələn təklifləri rədd edərək “Kremoneze”yə razılıq verdiyini əlavə edib.

Xatırladaq ki, Ceymi Vardi son 13 ilini İngiltərədə “Lester” klubunda keçirib. O, 2016-cı ildə İngiltərə çempionu olub, 2020-ci ildə isə Kubokun sahibi adını qazanıb. Bundan başqa, Vardi ilə komanda Çempionlar Liqasında 1/4 finala qədər irəliləmişdi.

Избранный
12
90deqiqe.az

1Источники