RU

Santuş vidalaşarkən son sözləri bu oldu - Millinin kapitanı açıqladı

“Fernandu Santuş komandadan ayrılarkən hamıyla sağollaşdı, təşəkkürünü bildirdi. Dedi ki, əlimdən gələni etməkdən ötrü maksimum çalışdım, amma alınmadı. Başqa bir söz demədi”.

Bizim.Media xəbər verir ki, bu sözləri milli komandanın kapitanı Emin Mahmudov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

33 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə istefaya göndərilən portuqaliyalı baş məşqçi Fernandu Santuş barədə çox danışmaq istəməyib: “Gedən məçqçilərə heç vaxt hörmətsizlik etmək istəmirəm. Santuş da çalışdı, nəsə etmək istədi, amma alınmadı”.

Mahmudov yığmada yerli mütəxəssisin işləməsinin onlar üçün daha asan olduğunu qeyd edib: “Rəhbərlik hansı qərarı versə, hörmətlə yanaşacağıq. Əsas odur, milliyə xeyir versin".

Kapitan milli komandanı Ukrayna yığması ilə oyuna hazırlaşdıran məşqçi Ayxan Abbasovdan da danışıb: "Əlbəttə, Ayxan müəllimlə bir gün də olsa, işləmək bizə rahat oldu. Bizi inandırdı ki, minimum nəticə əldə edə bilərik. Mən qərar verən adam deyiləm. Amma Ayxan Abbasov qalsa, sevinərəm. Başqa məşqçi gəlsə, bilmirəm necə olacaq”.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan-Ukrayna matçı 1:1 hesablı heç-heçə ilə bitib.

Emin Mahmudov millidə 15-ci qolunu vurmaqla 21 ildən sonra yığmanın bombardiri adına yiyələnib. Yığma qrupdakı ilk oyununda İslandiyaya 0:5 hesabı ilə uduzub.

Bizim.Media

Избранный
6
6
bizim.media

7Источники