Ukrayna ordusuna məxsus PUA Rusiyanın Kursk vilayətinin Rılski rayonunda inzibati binaya zərbə endirib.
Sitat.info xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Xinşteyn məlumat verib.
O, zərbə nəticəsində binanın damının zərər gördüyünü bildirib.
Qubernator hücumda xəsarət alanların olmadığını əlavə edib.