RU

Almaniya bu sahədə ABŞ-ı qabaqladı

Almaniya Ukraynaya hərbi yardımın həcminə görə ABŞ-ı geridə qoyub.

Musavat.com xəbər verir ki, bu məlumatla Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqda (Almaniya parlamenti) çıxış edib.

O deyib: "Büdcədə əks olunan təxminən 9 milyard avro da nəzərə alınmaqla, hazırda ən böyük sponsor Almaniyadır ".

Eyni zamanda nazir qeyd edib ki, ABŞ hökuməti hazırda NATO-nun yeni mexanizmi PURL (Prioritised Ukraine Requirements List) vasitəsilə Ukraynanı silahla təmin edir.

PURL proqramı iyulun 14-də ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən işə salınıb. Bu mexanizmə görə, NATO müttəfiqləri Amerikanın ehtiyatlarından Ukrayna üçün silah alırlar.

Pistoriusun dediyinə görə, hazırda əsas vəzifə Ukraynanın sənayesini və hava hücumundan müdafiəsini gücləndirmək, həmçinin “Ukraynanı dəstəkləyən hər kəsi qorumaqdır”.

Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür: Ukraynada münaqişə başlayandan bəri o, Kiyevə 40 milyard avrodan çox müxtəlif növ yardımlar göstərib.

Musavat.com

 

Избранный
90
musavat.com

1Источники