“Neftçi” Ramil Şeydayev ilə yollarını ayırıb.
SİA xəbər verir ki, futbolçu ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2024-cü ilin yayında transfer olunmuş Şeydayev “Neftçi”nin heyətində 31 rəsmi oyun keçirib, 4 qolla yadda qalıb.