RU

Yaxşı yatmağa kömək edən - Bitki çayları

Yaxşı yuxu hamın arzusudur. Daha sağlam və enerjili olmaq üçün yaxşı yatmaq mütləqdir. Sağlamolun.az yuxunu yaxşılaşdıracaq bitki çaylarını təqdim edir:
 -  Ana otu: Tərkibində iridoidlər, flavonoid acı qlikozidlər var. Sakitləşdirici və antispazmodik təsir göstərir, əhval-ruhiyyəni yaxşılaşdırır. Qan təzyiqini aşağı salmağa kömək edir. 1 stəkan qaynar suya 1 xörək qaşığı anaotu əlavə edib və yatmazdan əvvəl ilıq çaydan için. - Melissa Tərkibində sitral və geraniol var. Sakitləşdirici, spazmolitik, ağrıkəsici təsir göstərir. 1 stəkan qaynar suya 1 xörək qaşığı melisa əlavə edin. - Çobanyastığı: Tərkibində flavonoidlər və xamazulen və izovalerik turşusu olan efir yağı var. Sinir sistemini sakitləşdirir. - Balqabaq: Gecələr bal ilə qarışdırılmış bir stəkan balqabaq suyu için. - Nanə: 2 çay qaşığı xırdalanmış nanə yarpağının üzərinə 2 stəkan qaynar su tökülür və 20 dəqiqə gözləyin. Adi çaya bir neçə nanə yarpağı da əlavə edə bilərsiniz. - Lavanda: Yatmazdan əvvəl bir parça şəkərin üzərinə 3-5 damcı lavanda yağı töküb ağzınızda saxlayın.

Saglamolun.Az





Избранный
423
21
saglamolun.az

10Источники