RU

Ayxan Abbasovla bağlı qərar nə vaxt açıqlanacaq?

Hazırda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini müvəqqəti olaraq Ayxan Abbasov icra edir. Onun 2 günlük məşq proqramı nəticəsində millimiz Ukrayna ilə oyunda müsbət nəticə əldə etdi. Hazırda futbol camiyəsini ən çox maraqlandıran məsələ Ayxan Abbasovun yığmanın baş məşqçisi kimi rəsmi təyinatının nə zaman açıqlanacağıdır. Bu qərarın AFFA-nın İcraiyyə Komitəsinin iclasında müzakirə ediləcəyi məlumdur. Bəs iclas nə zaman olacaq? Metbuat.az-ın əldə etdiyi məlumata görə, iclas sentyabrın sonu, oktyabrın əvvəllərində keçiriləcək və baş məşqçi məsələsinə də həmin iclasda toxunulacaq.Qeyd edək ki, Ayxan Abbasov həm də "Şamaxı" klubunun və Azərbaycan U-21 milli futbol komandasının baş məşqçisidir.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
13
2
metbuat.az

10Источники