Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Kayserispor”un müdafiəçisi Gökhan Sazdağı transfer edib.
30 yaşlı cinah oyunçusu ilə “2+1” illik müqavilə imzalanıb. Təcrübəli futbolçu 2021-ci ildən bəri “Kayserispor”un şərəfini qoruyurdu.