RU

Şəmkirdə 74 yaşlı kişi su arxına yıxılıb öldü

Şəmkir rayonunda 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində baş verib.

Kənd sakini, 1951-ci il təvəllüdlü Nəriman Sadıqov ehtiyatsızlıqdan kənd ərazisindəki su arxına yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb .

Faktla bağlı araşdırma aparılır.

Избранный
7
2
moderator.az

3Источники