Gökhan Gönül "Fənərbağça" klubuna qayıdaraq yeni bir vəzifəyə təyin edilib.
"Cebheinfo.az" xəbər verir ki, 2023-cü ilin sonunda futbolçu karyerasını başa vuran Gökhan, bundan sonra klubun baş məşqçisi Domeniko Tedesckonun köməkçisi olaraq fəaliyyət göstərəcək.
"Fənərbağça" ilə uzun illər boyu böyük uğurlar yaşayan və azarkeşlərin sevgisini qazanan Gökhan Gönül yenidən "sarı-lacivərdlər"in bir parçası olacaq.
Kluba qayıdışı ilə bağlı rəsmi açıqlama verən "Fənərbağça" rəsmiləri onun təcrübəsinin və liderlik bacarıqlarının komandaya böyük fayda verəcəyini vurğulayıblar.
Qeyd edək ki, Gökhan Gönül "Fənərbağça" karyerasına 2006-cı ildə başlasa da, 2017-ci ildə "Beşitkaş"a transfer olunub. Daha sonra yenidən "Fənərbağça"ya qayıdan sabiq futbolçu karyerasını 2023-cü ildə "Çaykur Rizespor"da başa vurub.
"Cebheinfo.az"