RU

Azərbaycan regionda sülhə xidmət edən heç bir niyyətin qarşısında əngəl kimi çıxış etməyib Deputat

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Rusiya XİN rəhbəri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində bildirib ki, ABŞ-də Bakı və İrəvan arasında razılaşmanı Azərbaycanın və Ermənistanın suveren hüquqları kimi qiymətləndirmək lazımdır. O əlavə edib ki, razılaşmanın necə işləyəcəyi diqqətlə izlənməlidir və ilkin "coşğulu" reaksiyalar sənədin dərcindən sonra skeptik qiymətləndirmələrlə əvəzlənib.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılıq Azərbaycan Prezidentinin sülh təşəbbüslərinə əsaslanır və hər iki ölkənin suveren hüququdur.

"Bu mənada, Rusiya Federasiyasının xarici işlər nazirinin prosesləri dövlətlərin suveren haqqı kimi qiymətləndirməsi düzgün baxış prizmasıdır. Lakin, sirr deyil ki, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin istənilən mərhələsinin bu ölkənin patronajlığı altında realizəsində və beləliklə də Cənubi Qafqazda əlavə nüfuz rıçağına malik olmaqda maraqlı idi. Təbii ki, Azərbaycan regionda sülhə xidmət edən heç bir niyyətin qarşısında əngəl kimi çıxış etməyib, lakin ötən dövr ərzində Moskvanın vasitəçiliyinin əlahiddə bir nəticəyə gətirib çıxarmaması bir daha Azərbaycan Prezidentinin normallaşma prosesinin vasitəçisiz daha effektiv olmasına dair tezislərinin özünü doğrultduğunu göstərdi. Aydındır ki, Vaşinqtonun hazırda prosesdə müsbət hərəkətverici qüvvə kimi çıxış etməsi Moskva üçün arzuolunan deyil, lakin Azərbaycan Prezidentinin bölgədə yaratdığı yeni geosiyasi konfiqurasiya birmənalı şəkildə təminat verir ki, bu bölgə, ən azından Azərbaycan ərazisi qütblərarası ziddiyyətin toqquşma nöqtəsi olmasın", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
redaktor.az

2Источники