RU

Nazir: Deyəsən, Rusiya NATO nu sınaqdan keçirir

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Gecə vaxtı Polşanın hava məkanının pozulması Rusiyanın NATO-nu sınaqdan keçirmək cəhdi ola bilərdi”.Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, Norveçin Xarici işlər naziri Espen Bart Eide belə hesab edir.Çərşənbə günü keçirdiyi mətbuat konfransında Eide deyib ki, "bir çox şeylər bunun Rusiyanın çox gərgin vəziyyətdə NATO-nu sınaqdan keçirmək cəhdi ola biləcəyini göstərir".Norveçli nazirin sözlərinə görə, Polşa belə qənaətə gəlib ki, hər şey bunun təsadüfi deyil, qəsdən törədilmiş bir hərəkət olduğunu göstərir.O əlavə edib ki, pilotsuz təyyarələr Ukraynanın kütləvi atəşə tutulması zamanı Polşa ərazisinə düşüb, lakin onların bəziləri Belarus ərazisindən uçub.“Bu, Polşanın hava məkanının, yəni NATO hava məkanının ciddi şəkildə pozulmasıdır”, - deyə Eide hadisəni pisləyib.Xatırladaq ki, ötən gecə Rusiyanın Ukraynanı kütləvi atəşə tutmasından sonra Polşada ən azı 7 pilotsuz təyyarənin və bir raketin qalıqları tapılıb.Polşanın baş naziri Donald Tusk bildirib ki, hərbçilər ilkin olaraq ölkənin hava məkanının 19 pozuntusunu hesablayıblar.Polşa hökumətinin sözçüsü isə deyib bildirib ki, NATO Rusiya pilotsuz təyyarələrinin ölkə ərazisinə hücumundan sonra Şimali Atlantika Müqavilənin 4-cü maddəsinə müraciət edib.E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
1
reyting.az

2Источники