RU

Müəllim iki şagirdini bıçaqlayaraq öldürdü-FOTO

Ukryananın Vinnitsa vilayətinin Şarqorod şəhərində 23 yaşlı müəllim iki məktəblini bıçaqlayaraq öldürüb.

AzPost UNİAN-a istinadən bildirir ki, Baş Prokurorluğun məlumatına görə, qatil məktəbə gedən uşaqları gözləyib, qəfil hücum edib və onların boyun nahiyəsindən bıçaqlayıb.

Hər iki yeniyetmə tibbi yardım alarkən dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ölənlərin şəxsiyyətini müəyyənləşdiriblər. Oonlar 10 və 11-ci sinif şagirdləridir. Saxlanılan şübhəlinin uşaqların keçmiş müəllimi olduğu üzə çıxıb.

Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə şəraitini və şübhəlinin motivlərini araşdırır.

AzPost.az

Избранный
20
1
azpost.info

2Источники