RU

ABŞ senatoru: “İsrailə hücum həm də Tanrıya hücumdur”

ABŞ senatoru Lindsay Qraham İsrailin Vaşinqton üçün əhəmiyyətini xüsusi vurğulayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, İsrail sadəcə müttəfiq deyil, bundan da artıqdır.

“Tanrı bizə İsraili qorumaq öhdəliyi qoyub. Əgər biz İsraili qorumasaq, Tanrı ilə əhdimizə xəyanət etmiş olacağıq. Birləşmiş Ştatlar yəhudi-xristian dəyərləri əsasında qurulub. İsraili qorumaq Tanrıya ibadətdir”, – deyə senator bildirib.

Qraham əlavə edib ki, İsrailə edilən hücum yalnız ABŞ-a qarşı deyil, həm də Tanrıya və xeyirə qarşı hücum sayılır: “Birləşmiş Ştatlar İsrail üçün lazım gələrsə ən sərt addımları atmağa hazırdır. Çünki bunu Tanrı əmr edir”.

Musavat.com

Избранный
10
musavat.com

1Источники