RU

Azərbaycanda əlillərə xidmət göstərən şirkət ləğv olundu

BAKI, 10 sentyabr. TELEQRAF

"Universal Dizayn Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları" MMC ləğv olunduğunu elan edib.

Teleqraf xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Bi̇nəqədi̇ rayonu, Həmzə Babaşov küçəsi, ev 4, mənzil 34 ünvanına bildirə bilərlər.

Onu da bildirək ki, şirkətin hazırda dövlətə 15 min 726.25 manat məbləğində vergi borcu da var.

Qeyd edək ki, şirkət ötən ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Rəhimli Davud Səid oğludur. Şirkət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə təsis olunub.

MMC-nin yaradılmasında məqsəd, müxtəlif kateqoriyadan əlilliyi olan şəxslərin müstəqil hərəkət imkanlarının təmin olunması, onlar üçün bərabər imkanların yaradılması və maneəsiz ətraf mühitin formalaşdırılması olub. Şirkət bu istiqamətdə müyəssərlik işlərinin həyata keçirilməsi və adaptasiya avadanlıqlarının təqdim edilməsi ilə məşğul olub.

“Universal Dizayn"MMC"Əlil Təşkilatları İttifaqı" ilə müqavilə əsasında qarşılıqlı fəaliyyətlər həyata keçirib və həmin dövrdə sosial inklüzivlik, müyəssərlik həlləri və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası sahəsində müxtəlif təşəbbüslərlə çıxış edib.

Избранный
76
teleqraf.com

1Источники