RU

94 yaşını paraşütlə tullanaraq qeyd etdi

Avstraliyanın Kvinslend şəhərində bir qadın 94 yaşını paraşütlə tullanaraq qeyd edib. 7News.Az "ABC News Australia"a istinadən xəbər verir ki, Betti Qriqori 94-cü ad günündə Qızıl Sahil üzərində 3600 metr hündürlükdə təyyarədən paraşütlə tullanıb. O, paraşüt sevgisinin nədən qaynaqlandığını açıqlayıb: "17 yaşında Qadın Kral Hərbi Hava Qüvvələrində hava fotoqrafı kimi xidmət edirdim. O vaxt təyyarədən tullanmağı xəyal etmişəm, lakin qadın olduğum üçün buna icazə verilməyib". 80 illik yubileyində ilk dəfə paraşütlə tullanan Qriqori o vaxtdan bəri dörd ad gününü oxşar şəkildə qeyd etdiyini bildirib. 
 
 
 

Избранный
34
1
7news.az

2Источники