RU

Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

 

Görüş Hikmət Hacıyevin Vaşinqtona səfəri çərçivəsində baş tutub.

 

Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətlər, regional və qlobal məsələlərə dair dərin müzakirələr aparıb.

Tarix: 10 Sentyabr 2025, 17:25   
Избранный
1
23
pravda.az

10Источники