RU

AK sədri xarici siyasət məsələlərində veto hüququndan imtina etməyi təklif edir

Avropa Komissiyasının sədri Ursula fon der Leyen əsas çıxışında Avropa İttifaqının bəzi məsələləri, o cümlədən ölkələrin xarici siyasətlə bağlı mövqeləri üzrə veto hüququndan imtina etməyi təklif edib. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, “yekdillik buxovlarından” imtina Aİ-nin qərar qəbul etmə prosesini sürətləndirəcək.

Strasburqda Avropa Parlamentinin sessiyasında Aİ-dəki vəziyyətlə bağlı illik mesajı ilə çıxış edən Ursula fon der Leyen deyib: "Xarici siyasət qərarlarını ixtisaslı səs çoxluğu əsasında qəbul etməyə keçməyin vaxtı gəldi".

Aİ-nin mövcud qaydalarına görə, ölkələr yalnız assosiasiyanın bütün üzvlərinin yekdil qərarı ilə veto hüququndan imtina edə bilərlər. Bu qaydaya görə, xüsusən də Aİ Ukraynaya yardım və dəstəyin ayrılması ilə bağlı qərar qəbul etməkdə çətinlik çəkib: Macarıstan dəfələrlə bu cür təşəbbüsləri əngəlləyib.

Samir

Избранный
68
hit.az

1Источники